XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2016 - 17:10

Cəlilabadda evdə partlayış:73 yaşlı kişi yanaraq öldü

Cəlilabad rayon sakini faciəli şəkildə ölüb. Cəlilabad rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dekabrın 12-də rayonun Azərbaycan prospektində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Evin hamamında qaz sızmasından partlayış baş verib. Nəticədə yanğın meydana gəlib və hamamda çimən ev sahibi, 1943-cü il təvəllüdlü Balaxan Mirzəyev yanıb. Dərhal Rayon Mərkəzi Xəstəxanasına, oradan da Respublika Yanıq Mərkəzinə gətirilən B.Mirzəyev bu gün xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. (apa)