XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 14:07

Bu qaydanı pozan taksi sürücüləri cərimələnəcək –Yeni qanun

Taksi 99

Azərbaycanda taksilərə xüsusi ayrılmış duracaq yerlərindən kənarda sifariş qəbul etmək qadağan edilir.

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinə bununla bağlı əlavələr edilməsi müzakirə olunub.

Məcəlləyə təklif edilən 22.0.8-ci maddəsinə əsasən taksilərin xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır. Buna əməl etməməyə görə 40 manatdan 50 manata qədər cərimə müəyyənləşdirilir.

Layihə səsə qoyularaq qəbul olunub. 

APA