XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 15:53

Ötən gün yol qəzasında2 piyada ölüb

Bərdə ağır yol qəzası baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, dekabrın 16-da saat 17 radələrində Bərdə rayonunun Mirzəalıbəyli kəndində rayon sakini Sahib Salmanov idarə etdiyi "VAZ-21063" markalı avtomobillə yolu keçən həmkəndlisi Nadim Hacıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
  
Oxşar hadisə bakının Sabunçu rayonunda da baş verib. Dekabrın 16-da saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində Bakı şəhər sakini Cavid Bağırov idarə etdiyi "BMW" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kamal Məhərrəmovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
 
Hər iki fakt üzrə araşdırma aparılır.