XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 17:20

Xidmət polkovnikinin evindən pul və silah oğurlandı –Polis araşdırma aparır

ogurluq

Bakıda mənzildən 20 min dollar, qızıl-zinət əşyaları və odlu silahlar oğurlanıb.

Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 12 A, mənzil 26-da qeydə alınıb. Belə ki, naməlum şəxslər 1977-ci il təvəllüdlü Mayıl Şahverdiyevə məxsus mənzilə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olublar.

Mənzildə olan 20 000 ABŞ dolları, 20 000 manat dəyərində qızıl-zinət əşyaları və 2 ədəd ov tüfəngi oğurlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, ev sahibi M.Şahverdiyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində polkovnikdir.

Report