XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 13:52

Gömrük nəzarətindən gizlətdiyi 120 min dolları belə keçirmək istədi- FOTO

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətinə gedən üç Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, şəxsi yoxlama nəticəsində, həmin şəxslərdən iki nəfərin ayaqqabılarında, bir nəfərin isə corablarında, gömrük nəzarətindən gizlədilmiş halda cəmi 120.000 ABŞ dolları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.