XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2016 - 15:21

Gömrükdə bəyan edilməmiş 610 qram qızıl-zinət əşyalarımüsadirə edilib

Gömrükçülər gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunda Azərbaycan istiqamətindən Rusiya istiqamətinə gedən Rusiya Federasiyası vətəndaşının üzərində aparılmış şəxsi yoxlama zamanı onun üzərindən – əynindəki gödəkçənin ciblərindən gömrük nəzarəti zamanı bəyan edilməmiş 610 qram qızıl-zinət əşyaları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.