XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2016 - 11:25

Rusiyada 74 nəfərin ölümü ilə bağlı əməliyyat –Azərbaycanlılar da saxlanıldı

hebs

Rusiyanın İrkutsk vilayətində surroqat alkoqoldan zəhərlənənlərə görə tutulanlar arasında “Boyarışnik” adlı həmin içkinin istehsalçıları yoxdur.

Modern.az Rusiya mediasına istinadən bildirir ki, metanol spirti qatılmış həmin içkiyə görə 74 nəfərin ölümünə görə saxlanılanlar köşk sahibləri, spirt tərkibli maye alverçiləri, satıcılardır.

Onlar əvvəllər heç vaxt məhkumluq həyatı yaşamayan uşaqlı qadınlar, hətta sürücülərdir. Ancaq bir nəfər də “Boyarışnik” istehsalçısı saxlanılmayıb.

Bu haqda məlumat verən İrkutskun Lenin rayon məhkəməsiunin nümayəndəsinin sözlərinə görə, saxlanılanlar arasında azərbaycanlılar da var.

Bundan əvvəl verilən məlmata görə, Lenin rayon məhkəməsində saxlanılan 13 nəfərdən 3-ü haqda həbs qətimkan tədbiri seçilib. Dekabrın 21-də isə daha 9 nəfərin barəsində həbs qətimkan tədbiri seçilib. Ayın 22-də iki nəfər ev dustaqlığına göndərilib.

İrkutsk vilayətində “Boyarışnik” adlı içkidən zəhərlənib ölənlərin sayı 74 nəfər çatıb.