XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 15:49

Rusiyanın “Tu-154” təyyarəsinin qəzaya uğrama səbəbləri –FTB 4 ehtimalın üzərində işləyir

rus-teyyar%c9%99

Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin qəzaya düşməsi ilə bağlı 4 versiya araşdırılır.

Bu barədə bəyanatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai Əlaqələr Mərkəzi yayıb.

FTB əsas versiyaların mühərrikə yad cismlərin düşməsi, keyfiyyətsiz yanacaq, mühərrikin fəaliyyətini dayandırması, pilotların səhvi olduğunu bildirib. Rusiya kəşfiyyatı həmçinin təyyarədə terror aktının və diversiyanın törədilməsi ehtimalının olmadığını da bildirib(Axar.az).

Qeyd edək ki, Tu-154 təyyarəsi dünən qəzaya düşüb. Suriyaya yollanan təyyarənin qəzaya düşməsi nəticəsində 92 nəfər həlak olub.