XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 10:30

Bakıda kürəkən qaynanasınıqətlə yetirdi

Paytaxtda qətl törədilib.

Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verib.

Dispanserdə tibb bacısı işləyən 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.

İlkin məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib.

E.Hüseynov dispanserə gələrək, F.Mürsəlovadan qızını geri göndərməsini tələb edib.

F.Mürsəlova isə E.Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.

E.Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.