XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 10:57

Bakıda dəhşətli intihar:11-ci sinif şagirdi hamamda özünü asdı

Bakıda intihar hadisəsi baş verib.
  
Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Zirə qəsəbəsi, Müslüm Moqamayev küçəsi 93 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 16 yaşlı Firuz Kamal oğlu Məmmədov evin hamamında özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
  
Məlumata görə, F.Məmmədov orta məktəb şagirdidir. O, Zirə qəsəbəsində yerləşən 241 saylı orta məktəbin 11-ci sinfində oxuyurmuş.
 
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. 

241 saylı orta məktəbdən bildirilib ki, 16 yaşlı Firuz sakit, tərbiyəli şagird olub, dərsə davamiyyəti də qaydasında imiş. Məktəb heyəti də onun  intihar xəbərini bu səhər eşidib. Heç kim onun niyə intihar etdiyini bilmir.