XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 December 2016 - 12:03

23 minə yaxın aksiz markasız siqaretmüsadirə olunub

Gömrükdə aksiz markasıyla markalanmayan 22 min 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mercedes Benz” markalı minik avtomobili Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunun qarşısındakı terminalın həyətində saxlanılıb. Baxış zamanı avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markasıyla markalanmayan 22.600 ədəd müxtəlif markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.