XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 18:45

Xudatda traktorun qoşqusu ustaların üzərinə aşıb:xəsarət alanlar var

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib. 

"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Xudat-Nabran avtomobil yolunda, avtomobil təmiri sexində qeydə alınıb. 

Belə ki, Xudat qəsəbəsi, O.Mirzəyev küçəsi, ev 8 ünvanında yaşayan, 1958-ci il təvəllüdlü Ehtiyat Fərzəli oğlu Məmişov və digər qəsəbə sakini, 1957-ci il təvəllüdlü Hətəmşah Ağababa oğlu Şahverdiyev təmirlə məşğul olarkən traktorun qoşqusu qəflətən açılaraq üstlərinə aşıb.

Yaralılar əvvəlcə Xudat Rayon Mərkəzi Xəstəxanasına aparılsalar da, ancaq müalicə üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Xaçmaz RMX-nın Travmatologiya şöbəsindən "Report"a verilən məlumata görə, zərərçəkmişlərin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.