XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2016 - 19:09

Bu il 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub, 58 bələdiyyə haqqındacinayət işi başlanıb

Cari il inzibati nəzarət qaydasında baxılması üçün daxil olmuş bələdiyyə aktlarının sayı ötən illə müqayisədə 5.6 faiz artaraq 62 mini ötüb. 

"Report"un məlumatına görə, bu barədə nazir Fikrət Məmmədovun sədrliyi ilə keçirlən Ədliyyə Nazirliyinin Kollegiya iclasında məlumat verilib. 

Toplantıda qeyd olunub ki, bələdiyyə aktlarından 1 365-i nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib: "Pozuntulara yol vermiş 132 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda, 58 bələdiyyənin fəaliyyətində aşkar edilmiş daha ciddi hüquq pozuntuları ilə əlaqədar hüquqi qiymət verilməsi üçün materiallar istintaq orqanlarına göndərilib, 8 360 hektara yaxın torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınıb".