XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

02 Yanvar 2017 - 16:54

Rüşvətxorluqla bağlı məlumatların yayılmasına qadağa –Misirin baş prokurorundan əmr

misir-pulu

Misirin baş prokuroru Nabil Əhməd Sadiq ölkənin Dövlət Şurasında (Ali İnzibati Məhkəmə) rüşvət və korrupsiya ilə bağlı məlumatların yayılmasına qadağa qoyub.

Strateq.az xəbər verir ki, bundan əvvəl korrupsiyada ittiham edilən Dövlət Şurasının baş katibi Vail Şilbinin həbsxana kamerasında intihar etdiyi açıqlanıb.

Xatırladaq ki, ötən həftə Misir Prokurorluğu rüşvət almaq şübhəsiylə Dövlət Şurasının administrasiyası rəhbərinin həbs edilməsi haqqında sanksiya imzalayıb. Eyni zamanda, Ali İnzibati Məhkəmənin iki üzvü həbs edilib.

Baş prokurorun əmri ilə xüsusi komissiya yaradılıb. Komissiyaya Maliyyə Nazirliyi, Dövlət Audit Xidməti və digər nəzarət orqanlarının nümayəndələri daxil olub.

M.Rzasoy