XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

25 Mart 2015 - 09:30

Imişlidən olan iş adamına basqın oldu – Soyğun

Ukraynada azərbaycanlı iş adamı, diaspor nümayəndəsi hücuma məruz qalaraq qarət olunub.

Donetsk vilayətinin Krasnoarmeysk şəhərinin Azərbaycanlılar Cəmiyyətinin sədri Şahin Bəylərov APA-ya bildirib ki, hücuma məruz qalan şəxs əslən Azərbaycanın İmişli rayonundan olan Ukrayna vətəndaşı, 59 yaşlı Rza İsmayılovdur.

Dnepropetrovsk vilayətində yaşayan R. İsmayılov şəxsi işi ilə bağlı Krasnoarmeysk şəhərinə gedərkən şəhərin girişində maskalı, hərbi geyimdə olan bir neçə naməlum şəxs onun avtomobilinin qarşısını kəsib. İş adamını ölümlə hədələyən şəxslər onun üzərindəki 30 min dollara yaxın pulu götürərək qaçıblar.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb, axtarış aparılır.