XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 January 2017 - 23:07

“Quantanamodakı məhkumlar çox təhlükəlidir” –Tramp

tramp

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp hesab edir ki, “Quantanamo” həbsxanasında saxlanılan “çox təhlükəli” məhbusların azadlığa buraxılması praktikasına son qoyulmalıdır.   

Tramp bu barədə “Twitter” hesabında bildirib.

“Quantanamodan köçürmələrə son qoyulmalıdır. Onlar çox təhlükəli insanlardır, onların döyüş meydanına qayıtmasına imkan verilməməlidir”, – deyə, Tramp qeyd edib.

Qeyd edək ki,  “Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Lakin, Konqresin etirazları səbəbindən “Quantanamo”nu  bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib. 

APA