XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 14:51

Masallıda ağır yol qəzası:2 ölü, 2 yaralı

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Masallı rayonunun Ərkivan qəsəbəsində rayon sakinləri Mübariz Bağırovun idarə etdiyi "Seat" markalı avtomobil Rövşən Əmənovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub.

Nəticədə R.Əmənov və sərnişinlərindən həmkəndlisi Təhminə Haxıyeva hadisə yerində ölüb, digər sərnişini və M.Bağırov isə xəstəxanaya yerləşdiriliblər.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.