XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 13:03

Külli miqdarda Rusiya rublunun ölkədən çıxarılması cəhdininqarşısı alınıb

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada keçid xətti ilə Rusiya Federasiyası istiqamətinə gedən iki nəfər Azərbaycan Respublikası vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün üzərlərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yoxlama nəticəsində onların hər birinin üzərindən – əynindəki gödəkcənin cibindən və hər iki ayağında olan ayaqqabılarının içindən şəffaf ağ rəngli polietilen paketə bükülü şəkildə 1 milyon 200 min Rusiya rublu aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.