Fransanın paytaxtı Parisdə terror təşkilatını maliyyələşdirmək ittihamı ilə həbs edilən 4 PKK-lıya əlavə olaraq 2 ay həbs və 300 avro cəruimə cəzası verilib.
Strateq.az "L'Union" saytına istinadla xəbər verir ki, 25 və 45 yaşlı PKK-lılar terror təşkilatı üçün xərac yığmaq ittihamı ilə keçən ilin dekabrında həbs ediliblər. Rein şəhər məhkəməsi isə terrorla mübarizə qanununa əsaslanaraq onlara əlavə cəza kəsib.
Xatırladaq ki, sözügedən qanun 2016-cı il iyunun 1-də qəbul edilib.
M.Rzasoy