XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 16:14

Sabirabadda kişi qaynının qulağınıdişləyərək qoparıb

Sabirabad rayon sakini qaynının qulağını dişləyərək qoparıb.

Hadisə Sabirabad royonunun Moranlı kəndində baş verib. Həmin kəndin sakini, 1986-cı il təvəllüdlü Mirzəyev Camal Mirzağa oğlu qaynı – 1987-ci il təvəllüdlü Mirəliyev Xəqani Ağadadaş oğlunun qulağını dişi ilə qoparıb.

Münaqişəyə səbəb Xəqani Mirəliyevin kürəkəninin qardaşı 1989-cı il təvəllüdlü Mirzəyev Cavad Mirzağa oğlunu döyməsi olub.

X.Mirəliyev qulaq seyvanının tam travmatik amputasiyası diaqnozu ilə əvvəlcə Salyan rayon xəstəxanasına, daha sonra Bakıda fəaliyyət göstərən xəstəxanalarından birinə çatdırılıb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır. (APA)