XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2017 - 17:07

Odlu silahla qətl törədən şəxs polisə təslim olub- Prokurorluqdan açıqlama

silah

Yanvarın 7-də "İraq Hava Yolları" aviaşirkətinin Bakının Xətai rayonu ərazisində yerləşən Azərbaycandakı nümayəndəliyində sürücü vəzifəsində işləyən 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Bəşirov Elşən Rəfayət oğlu orada satış üzrə menecer işləyən Ağaəli Əli Valid oğlu ilə aralarında yaranmış şəxsi münaqişə zəminində baş vermiş mübahisə zamanı özünəməxsus "Vinçester" markalı ov tüfəngi ilə Ə.Ağaəlinin bədəninin müxtəlif nahiyələrinə 5 dəfə atəş açaraq onu qəsdən qətlə yetirib.

Bakı Şəhər Prokurorluğundan Azərtac-a bildiriblər ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

E.Bəşirov polisə gələrək təslim olub və cinayətin aləti olan ov tüfəngini təqdim edib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.