XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2017 - 23:12

İran polisi fahişəliklə məşğul olan dəstəni zərəsizləşdirdi –6 nəfər həbs edildi

iran-polisi

İranda fahişəliklə məşğul olan vətəndaşların həbsi üçün əməliyyat keçirilib.

Strateq.az xəbər verir ki, əməliyyat zamanı İranın Xuzestan əyalətində fahişəliklə məşğul olan bir banda zərərsizləşdirilib.

Yerli polisin "Tasnim"ə verdiyi məlumata görə, Əhvaz şəhərindəki bandaya qonşu ölkələrdən birinin vətəndaşları rəhbərlik edib. Polis həmin ölkənin adını çəkməyib.

Əməliyyat zamanı bir polis əməkdaşı bədəməlin soyuq silahla etdiyi hücumla yaralanıb. Xarici ölkə vətəndaşı olan 2 kişi və 4 iranlı qadın həbs edilib.

M.Rzasoy