XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

11 Yanvar 2017 - 12:31

Bakıda dispanserdə intihar:xəstə boğazını kəsdi

Paytaxtda xəstəxanada intihar hadisəsi baş verib.

Xəzər Rayon Prokurorluğundan “Report”a bildirilib ki, Buzovna qəsəbəsində yerləşən 7 saylı Vərəm Əleyhinə Dispanserdə müalicə olunan 53 yaşlı Anatoli Mehdiyev həmin səhiyyə müəssisəsində boğazını kəsərək intihar edib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.