XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2017 - 14:19

“Məbləğ əvvəlcə 100 dollar idi, sonra 500 manat oldu”- “Rabitə işi”ndə şahidlər ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, "Optik Qurğular" İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

“Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid Arzu Nəcəfova Rabitə Yüksək Texnologiyaları Nazirliyinin Aparatında işlədiyi zaman maaşdan əlavə pul aldığını qeyd edib: "Məbləğ əvvəlcə 100 dollar idi, sonra 500 manat oldu".

O, ibtidai istintaqa verdiyi ifadəni təsdiqlədiyini bildirib. Sonra şahidlər Fuad Əhmədov, Rəfiqə Məmmədova, Ənvər Qılıncov, Tofiq Əkbərov, Mətləb Məmmədov, Teymur Həsənov, Mehman İmanov, İbrahim İbrahimli ifadə verib.

Növbəti proses yanvarın 13-də keçiriləcək.