İranda altı adamın, o cümlədən polis əməkdaşı və onun üç ailə üzvünün qətlində ittiham olunan şəxs girov müqabilində azad edilib.
Strateq.az İran KİV-lərinə istinadla xəbər verir ki, 26 yaşlı müttəhim Ərak şəhərindəki iki evə "Kalaşnikov" avtomatı ilə daxil olaraq 8 nəfəri güllələyib.
5 adam dərhal keçinib, altıncı qurban xəstəxanada dünyasını dəyişib. Caninin hücum etdiyi birinci ev polis əməkdaşına məxsus olub. Zabit, bacısı, anası və qardaşı onun ilk qurbanları olub.
2017-ci ilin ilk günlərində məhkəmə cinayətkarı 50 min dollar müqabilində azad edib. Bu qərar qatillərə qarşı sərt cəzaların hökm sürdüyü İranda geniş əks-səda doğurub.
M.Rzasoy