XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 Yanvar 2017 - 18:48

Prokurorluqdan təkzib:"Caninin 50 min dollara azad edilməsi yalandır"

erak-qatil

İranın Ərak şəhərinin prokurorluğu 6 nəfərin qətlində şübhəli bilinən caninin 50 min dollar girov müqabilində şərti azad edildiyinə dair iddiaları təkzib edib.

Strateq.az xəbər verir ki, prokurorluq təmsilçiləri cinayəkarın hazırda həbsdə olduğunu bildiriblər. Həmçinin caninin narkotik maddələr qaçaqmalçılığı ilə bağlılığına dair iddiaları da təkzib edilib. Prokurorluq bu yanlış məlumatı yayan sosial şəbəkə istifadəçilərini qınayıb.

Xatırladaq ki, yanvarın 11-də İran KİV-ləri altı adamın, o cümlədən polis əməkdaşı və onun üç ailə üzvünün qətlində ittiham olunan şəxsin girov müqabilində azad edilməsi barədə xəbərlər dərc edib. İddialara görə, 26 yaşlı müttəhim Ərak şəhərindəki "Kalaşnikov" avtomatı ilə iki evə daxil olaraq 8 nəfəri güllələyib. 5 adam dərhal keçinib, altıncı qurban xəstəxanada dünyasını dəyişib.

M.Rzasoy