XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 14:52

Faiq Əmirlinin apellyasiyaşikayətinə baxılacaq

AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə üzrə məhkəmənin vaxtı məlum olub.

Bu barədə  vəkil Aqil Layicov məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 16-na təyin edilib. İşə hakim Faiq Qasımovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsində F.Əmirlinin barəsində seçilmiş həbs qətimkan tədbiri iki ay müddətinə uzadılıb.