XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

19 Mart 2015 - 12:45

Bakıda ata qızını amansızlıqla öldürüb

Bu gecə saat 2 radələrində Bakının Sabunçu rayonunda kişi qızını amansızcasına öldürüb.

Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabunçu dəmir yolu stansiyasında baş verib.

Belə ki, dəmir yolu stansiyası ərazisində ürək nahiyyəsindən 3 bıçaq zərbəsi alan qadın meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gedib.

Araşdırmalar zamanı ölən şəxsin 1985-ci il təvəllüdlü Zərifə Cəlal qızı Qurbanova olduğu məlum olub. Araşdırmalar zamanı qadının doğma atası tərəfindən öldürüldüyü müəyyən edilib.
Hadisəni törədən Cəlal Qədir oğlu Qurbanov saxlanılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bildirilir ki, ata qızını yüngül həyat tərzi keçirdiyi üçün öldürüb.

Qızının əməllərindən narazı olan ata onu öldürmək qərarına gəlib. Bu səbəbdən ata qızının ürəyinə 3 bıçaq zərbəsi vurub. Zərbələrdən bir qadının ürəyini parçalayıb.

Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.