XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 18:13

Tovuzda mikroavtobus qəzaya uğrayıb,xəsarət alanlar var

Tovuz rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, "Ford" markalı sərnişin mikroavtobusu "QAZ-21" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində bir ailənin 3 üzvü – Mehman Məmmədov, Nazxanım və Təranə Məmmədovlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. 

Xəstəxanadan "Report"a verilən məlumata görə, xəsarət alanlardan N.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır.