XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 Yanvar 2017 - 18:24

Hacıqabulda avtomobil aşıb:1 nəfər ölüb

Hacıqabulda 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Padar çölü deyilən ərazisində baş verib.

Bakı istiqamətində hərəkətdə olan “Pajero” markalı avtomobil anidən idarəetməni itirərək aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.