Yanvarın 15-də Bəhreyndə üç polisin öldürülməsində ittiham edilən üç şəxs barədə ölüm hökmünü qüvvədə saxlanılıb.
Strateq.az bu ölkənin BNA dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, Bəhreyn Ali Məhkəməsi 2014-cü ildə bombalı hücumla asayiş keşikçilərinin ölümünə səbəb olmuş müttəhimlər barədə çıxarılan hökmü dəyişməyib.