Yanvarın 16-da Banqladeş məhkəməsi 26 nəfəri, o cümlədən ölkənin elit təhlükəsizlik qüvvələrinin üç yüksək rütbəli zabitini ölüm cəzasına məhkum edib.
Müttəhimlər kriket stadionundan kənarda yeddi nəfərin oğurlanaraq qətlə yetirilməsində ittiham olunurdu.
Strateq.az “Al-Jazeera News”a istinadla xəbər verir ki, qurbanların cəsədləri 2014-cü ilin aprelində çayda tapılıb.
Şahid ifadələrinə əsasən, onları Narayanqanc şəhərinin mərkəzindəki stadionun yanından dövlət nömrə nişanı olmayan mikroavtobusa mindirərək aparıblar.
Məhkəmə qarşısına çıxarılmış 35 müttəhimin 25-i Banqladeşin elit batalyonunun üzvləri olub.
Qeyd edək ki, bu ölkədə ölüm cəzası 2015-ci ildə bərpa edilib və həmin il ən azı 197 nəfər asılmaqla edam olunub.
Ə.Rzazadə