XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 January 2017 - 23:58

“Fənərbaxça” prezidenti sui-qəsdlə hədələnib, polis qoruma ayırdı –Yıldırım zirehli maşında gəzir

eziz-yildirim

"Fənərbaxça” prezidenti Aziz Yıldırım sui-qəsdlə hədələnib. 

Bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilib ki, Yıldırıma bir müddət əvvəl Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən xəbərdarlıq edilib.

O isə bu xəbərdarlıqdan nəticə çıxararaq bəzi tədbirlər görüb. Hətta ölkə mətbuatı iddia edir ki, klub prezidenti bir aydır zirehli avtomobildə gəzir. Ona dövlət tərəfindən rəsmi qorumalar da təyin edilib.

APA