XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

21 Yanvar 2017 - 17:19

Dünən Azərbaycanda 95 cinayət faktıqeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər tutulub.