XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2017 - 12:18

Bir gündə 87 cinayət faktı:31-nin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 87 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb, səkkiz nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər tutulub.