XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 Yanvar 2017 - 16:05

Sabirabadda sürücünü ağladan yol polisi haqda araşdırma başladı –Açıqlama + Video

suruci-polis

Azərbaycanda yol polisi əməkdaşı saxlatdığı sürücünün videosunu çəkib.

Çəkilmiş video polis əməkdaşının yaxınları tərəfindən sosial şəbəkədə paylaşılıb. 

Belə ki, Sabirabad rayonunda 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücü ağlayan və yalvaran vəziyyətdə çəkib.

 Yol polisinin sürücünü çəkməsi və yayması isə sosial şəbəkələrdə ciddi şəkildə qınanılıb. Belə halın qeyri-qanuni olduğu bildirilib. Həmin əməkdaşın işdən çıxarılması ilə bağlı çağırışlar edilib.

"Qafqazinfo” məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. 

K. Əliyev bildirib ki, məsələ ilə bağlı araşdırmalar başlayıb: "Araşdırmanın nəticəsində həmin əməkdaş layiq olduğu cəzanı alacaq. Onun barəsində ciddi intizam tədbiri görüləcək. Videoda onun adı Elvin gedir. Yol Patrul Alayının qərargahından onların kim olduqları artıq müəyyənləşir. Onunla bağlı da xidməti araşdırmalara başlanılıb”.