Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı avtomobilin ön oturacaqlarının və ehtiyat təkər üçün nəzərdə tutulan qurğusunun altından gömrük nəzarətindən gizlədilən 3600 ədəd “NZ Gold Compact” markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.