XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

25 Yanvar 2017 - 15:00

Bakıda kafedə qadın ofisiantlar arasındadava düşüb

Bakıda kafedə qadın ofisiantlar arasında dava düşüb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbəsində məhəllədə fəaliyyət göstərən kafedə iki qadın ofisiant arasında dava düşüb.

Mübahisə zamanı Xəyalə Əsgərova həmkarı Aynur Kərimovanın ayaq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Ağır xəsarət alan A.Kərimova 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Faktla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları X.Əsgərovanı şübhəli şəxs qismində saxlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.