XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2017 - 15:03

Ruhi-Əsəb Dispanserindəmüəmmalı ölüm

Bakıda Ruhi-Əsəb Dispanserində müalicə olunan qadın müəmmalı şəkildə ölüb.

Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi-Əsəb Dispanserində baş verib. Dispanserdə müalicə olunan 52 yaşlı Tatyana Dmitri yatağında ölü aşkarlanıb.

Onun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.