XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 January 2017 - 00:53

Tanınmış psixoloq özünü kəmərlə asdı –Bakıda şok intihar

dayanet-psixoloq

Psixoloq Dəyanət Rzayev intihar edib.

O, bir neçə saat öncə özünü yaşadığı evdə kəmərlə boğub.  

Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib.

Bu gün axşam saatlarında isə özünü yaşadığı evdə kəmərlə boğub. 

Faktı  Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər.

 Şöbədən bildirilib ki, D.Rzayevin cəsədi az əvvəl ora gətirilib.

Lent.az