XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 10:36

Bakı-Sumqayıt yolunda qəza:yol bağlanıb, 10-a yaxın avtomobil toqquşub

Bakı-Sumqayıt yolunda zəncirvari yol qəzası baş verib.

Trend-in müxbirinin verdiyi məlumata görə, hadisə yolun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Durmadan yağan qar və şaxtalı hava yolun hər iki istiqamətində buzlaşmaya səbəb olub. Nəticədə yolun hər iki istiqamətində zəncirvari yol qəzası baş verib və yolda hərəkət məhdudlaşıb.

Hazırda yolun hər iki tərəfində tıxac yaranıb. Yolda 10-a yaxın avtomobil maneəyə çırpılıb, eləcə də hərəkətdə olan avtomobillər arasında toqquşma baş verib. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb edilib.