XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

28 Yanvar 2017 - 14:37

Külli miqdarda dərman preparatının Azərbaycana keçirilməsininqarşısı alındı

Azərbaycan gömrükçüləri ölkəyə külli miqdarda dərmanın keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun piyada idxal nəzarəti zonasında Azərbaycan vətəndaşının əl yükünə rentgen cihazıyla baxış zamanı, malların arasındakı elektrik qızdırıcısının içərisində şübhəli predmetlər müşahidə olunub.

Təkrar yoxlama nəticəsində isə gömrük orqanına əvvəlcədən bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, hər birində 14 həb olmaqla 276 konvalyut “Lyrica (pregabalin)” adlı dərman preparatı aşkar edilib.

Eyni zamanda, məlum olub ki, içərisində dərman preparatları yerləşdirilən əl yükü, əslində onu gömrük nəzarəti zonasına daxil edən Azərbaycan vətəndaşına məxsus deyil. Həmin yük Gürcüstandan tranzit keçməklə Türkiyədən Azərbaycana gələn sərnişin avtobusunun sürücüsünün olub. İstanbul şəhərində yaşayan sürücü həmin yükü avtobusda işləyən şəxs vasitəsilə Azərbaycan ərazisinə keçirməkdə köməklik göstərməsi üçün Azərbaycan vətəndaşına verib.

Qeyd edək ki, “Lyrica (pregabalin)” adlı dərman preparatının Azərbaycan ərazisində mülki dövriyyəsi qadağandır. Bu dərman preparatı “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.