XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

31 Yanvar 2017 - 13:22

Bakıda polis əməliyyatı –İki nəfər silahl saxlanıldı

polis

Paytaxtda iki nəfər silahla yaxalanıb.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Yasamal RPİ 27-ci PB əməkdaşlarının ötən gün keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Fərəcullayevdən "AKS-74” markalı avtomat silahı, 600 ədəd avtomat patronu və 3 ədəd patron darağı götürülüb.

Həmin gün Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sabunçu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aqil Abbasovdan içərisində nömrəsi silinmiş "AKMS” markalı avtomat silahı, 26 ədəd avtomat patronu və 1 ədəd patron darağı olan çanta götürülüb.