Türkiyənin İstanbul şəhərində “Reina” gecə klubunda törədilən terror aktı ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan 14 nəfərdən 9-u həbs edilib.
Türkiyə mediası xəbər verir ki, 5 nəfər isə şərti azadlığa buraxılıb(Axar.az).
Qeyd edək ki, Yeni il gecəsi 39 nəfərin həlak olduğu “Reina” qətliamını törədən “Əbu Məhəmməd Əl Xorasani” ləqəbli terrorçu – Əbdülqədir Maşaripov yanvarın 16-da İstanbulda yaxalanıb.