Daxili İşlər Nazirliyi (DİN) ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qəbələdə birgə əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən Strateq.az-a verilən məlumata görə, DTX-nin Qəbələ rayon şöbəsi və Qəbələ rayon Polis Şöbəsi əməkdaşları rayonun Bum qəsəbə sakinləri – Gülçöhrə Əliyeva, Mahir Musayev və Əfqan Aslanovun yaşadıqları evlərdə axtarış aparıb.
Axtarış zamanı çoxsaylı dini təyinatlı kitab, cd və dvd, yaddaş kartı, jurnal, qeydiyyat dəftəri, bir ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və bir ədəd bıçaq aşkar edilərək götürülüb.