XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 14:02

Azərbaycanda velosiped və motosiklet qəzalarında neçə nəfər ölüb? –Polisdən açıqlama

kamran-eliyev-dyp

Azərbaycanda velosiped qəzalarının sayı artıb.

Bu barədə Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyevin sözlərinə görə, 2016-cı ildə velosiped qəzaları ilə bağlı 24 yol hadisəsi qeydə alınıb, nəticədə 7 nəfər ölüb, 19 nəfər xəsarət alıb: "Hesabat dövründə məhz velosiped sürənin səhvi ucbatından isə 6 yol hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb".

Polis polkovniki bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər: "Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var".

Şöbə rəisi motosikletlə bağlı baş verən yol qəzalarına da toxunub: "2016-cı ildə motosikletlərin vurulması ilə bağlı 34 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 8 nəfər ölüb, 36 nəfər xəsarət alıb".