XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

03 Fevral 2017 - 14:52

Azərbaycanlı iş adamı Milli Bankın yüksək vəzifəlisi ilə birlikdə saxlanıldı –Rüşvət qalmaqalı

hebs

Ukrayna Milli Bankının ödəniş sistemləri departamentinin direktoru 25 min dollar rüşvət alarkən saxlanılıb.

Onunla birlikdə 3 nəfər vasitəçi qismində yaxalanıb. Onlardan biri milliyyətcə azərbaycanlıdır.  

Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinə yazılı məlumat verildiyi deyilir.

Milli bank rəsmisi aldığı rüşvət qarşılığında Ukraynanın “Platiservis” milli ödəniş sisteminin ölkə sərhədlərindən kənarda nağd və nağdsız ödənişlər həyata keçirə bilməsi üçün qurumu Milli Bankda qeydiyyatdan keçirəcəyinə söz verib.

Faktla bağlı cinayət işi başlanılıb, həbs-qətimkan tədbirinin seçilməsi nəzərdən keçirilir.