XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 February 2017 - 14:08

Ötən gün qeydə alınmış 90 cinayət faktından 35-nin üstü“isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 90 cinayət faktından 35-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər tutulub.