XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2017 - 16:28

Gömrükdə əməliyyat:88 min siqaret müsadirə olundu

Xaşmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, Rusiya Federasiyası istiqamətindən idarənin “Xanoba” gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Rusiya Federasiyası vətəndaşının idarə etdiyi “Mercedes Benz Vito 109 CDİ” markalı nəqliyyat vasitəsinə keçirilmiş gömrük baxış zamanı “Drakula” adlı kinoloji xidmət iti nəqliyyat vasitəsinin müxtəlif yerlərinə reaksiya verib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin, eləcə də ona qoşulmuş qoşqunun gizli saxlanc yerlərindən 78400 ədəd “Parliament” markalı, 9600 ədəd “Marlboro” markalı olmaqla, cəmi 88 min ədəd siqaret aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.