XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

04 Fevral 2017 - 17:26

Bakıda bir gündə 3 nəfər silahlı şəxsyaxalanıb

Bakıda bir gündə 3 nəfər silahlı şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, fevralın 3-də Bakı şəhər sakini Seymur Xudaverdiyev idarə etdiyi "Chevrolet-Camaro" markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar Postunda saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.

Müvəqqəti duracaqda S.Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib və oradan pnevmatik tapança aşkar edilib. Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb. BDYPİ və Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.

Həmin gün Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hidayət Xaspulatovdan nömrəsiz "Naqan" tipli tapança və 9 ədəd patron götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Biləcəri dəmir yolu stansiyası ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Məmmədovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı götürülüb.